Kikboksçularımızı Hollandiyada gərgin döyüş gözləyir
Bizi izləyin

İdman

Kikboksçularımızı Hollandiyada gərgin döyüş gözləyir

Kikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Publika.az xəbər verir ki, Azərbaycan kikboksçuları Xəyal Əhmədov (81 kq) və Nicat Nəcəfzadə (51 kq) noyabrın 28-də Hollandiyanın Eyndhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcəklər.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər. İdmançılara rəhbərlik edəcək “Caspian” kikboksinq klubunun direktoru Aydın Nəcəfzadənin sözlərinə görə, təmsilçilərimiz peşəkar kikboksinq üzrə reytinq döyüşlərində mübarizə aparacaqlar.

15-ə yaxın ölkədən idmançıların iştirak edəcəyi beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm