İdman
“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun
oyunları başa çatıb.
A qrupundan 1/8 final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanan
klublar artıq bəllidir. Bu komandalar 5 oyundan 13 xal toplayan
Madrid “Real”ı və PSJ-dir (10 xal).
C qrupunda “Qalatasaray” Madrid “Atletiko”sunun qonağı olub. 13-cü
dəqiqədə Qrizmann meydan sahiblərini önə keçirib. 65-ci dəqiqədə
Qrizmann dubla imza atıb. Bu, oyunda sonuncu qol olub - 0:2.
Beləliklə, bu qrupda “Atletiko” və “Benfika” artıq növbəti
mərhələdədirlər. 4 xallı “Qalatasaray” ən yaxşı halda qrup üçüncüsü
kimi mübarizəni Avropa Liqasında davam etdirə bilər.
“Yuventus” isə doğma meydanda “Mançester Siti”ni qəbul edib.
Minimal hesabla qələbə qazanan italyanlar 1/8 finala vaxtından
əvvəl yüksəliblər. Məğlub olmalarına baxmayaraq, ingilislər də ən
pis halda qrup ikincisi kimi bu vəsiqəni təmin ediblər.
Turun digər oyunları:
A qrupu
“Şaxtyor” – “Real” 3:4
“Malmö” – PSJ 0:5
B qrupu
ÇSKA – “Volfsburq” 0:2
“Mançester Yunayted” – “PSV Eyndhoven” 0:0
C qrupu
“Astana” – “Benfika” 2:2
“Atletiko” – “Qalatasaray” 2:0
D qrupu
“Yuventus” – “Mançester Siti” 1:0
“Borussiya” (Mönhenqladbax) – “Sevilya” 4:2
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular