Avropa çempionluğu var – Növbə dünya rekordçumuzda – FOTO/VİDEO
Bizi izləyin

İdman

Avropa çempionluğu var – Növbə dünya rekordçumuzda – FOTO/VİDEO

Macarıstanda keçirilən pauerliftinq üzrə Açıq Avropa çempionatında 88 kq çəki dərəcəsində çıxış edən paralimpiyaçımız Gündüz İsmayılov 196 kq-ın öhdəsindən gəlib. Beləliklə, idmançımız qaldırdığı çəki sayəsində Avropa çempionu adına layiq görülüb.

Publika.az xəbər verir ki, bu gün digər paralimpiyaçımız, dünya rekordçusu Elşən Hüseynov öz gücünü sınayacaq.

Macarıstanın Eger şəhərində keçirilən Açıq Avopa çempionatı lisenziya xarakteri daşıyır.

Xatırladaq ki, bu ilin iyul ayında Qazaxıstanda keçirilən Asiyanın Açıq çempionatında 107 kq çəki dərəcəsində iştirak edən idmançımız Elşən Hüseynov dünya rekordunu yeniləyərək Azərbaycan Milli Paralimpiya Komitəsinin hesabına bu idman növü üzrə ilk lisenziyanı qazanıb.

Bir neçə gün öncə isə pauerliftinq üzrə daha bir idmançımız Əhməd Razm Azar 174 kq nəticə ilə bürünc medala sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm