Asiyanın ən yaxşı futbolçusu kim oldu?
Bizi izləyin

İdman

Asiyanın ən yaxşı futbolçusu kim oldu?

Asiyada ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Publika.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri yığmasının hücumçusu Əhməd Xəlil Asiyanın ən yaxşı futbolçusu seçilib.

Əhmədin ən ciddi rəqibi Çin yığmasının və "Quançjou Everqrand"ın futbolçusu Çjen Çji hesab olunurdu. Onun komandası Asiya Çempionlar Liqasının qalibidir. Özü də "Quançjou Everqrand" finalda məhz Əhməd Xəlilin şərəfini qoruduğu "Əl-Əhli"yə qalib gəlmişdi. Amma buna baxmayaraq, səsvermədə məhz Əhməd qalib gəlib.

Asiyadan kənarda çıxış edən ən yaxşı futbolçu isə "Tottenhem"in yarımmüdafiəçisi Son Hyun Min seçilib. Son Hyun Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda baş tutmuş "Tottenhem" - "Qarabağ" oyununda (3:1) iki dəfə təmsilçimizin qapısına yol tapmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm