Kliçko Azərbaycanda döyüşəcək?
Bizi izləyin

İdman

Kliçko Azərbaycanda döyüşəcək?

WBA, İBF və WBO versiyaları üzrə superağır çəkidə yeni dünya çempionu Tayson Fyuri Vladimir Kliçko ilə revanş döyüşünə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə ingiltərəli peşəkar boksçunun özü açıqlama verib.

27 yaşlı idmançı bildirib ki, bu, ukraynalı rəqibinin istəyindən asılı olacaq. Fyuri Kliçko ilə hətta Azərbaycanda da döyüşməyə hazır olduğunu bəyan edib:

"Mənim üçün harada döyüşməyin fərqi yoxdur: Yaponiya, Türkiyə, Azərbaycan, Amerika... Hətta yenidən Almaniyada da döyüşə bilərəm. Bura mənim xoşuma gəldi. Almaniyalı fanatlar məni yüksək səviyyədə qarşıladılar".

Əslən Mançesterdən olan boksçu doğma şəhərində də döyüş variantını istisna etməyib: "Titulumu öz şəhərimdə qorumaq çox xoş olardı".

Qeyd edək ki, Tayson Fyuri Vladimir Kliçkonu Almaniyanın Düsseldorf şəhərində keçirilmiş qarşılaşmada xal hesabı ilə yenib - 115:112, 115:112, 116:111.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm