Hətta Kreml də ayaqlarımın altındadır - FOTOLAR
Bizi izləyin

İdman

Hətta Kreml də ayaqlarımın altındadır - FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları sosial şəbəkələrdə da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

Kriştiano Ronaldo - Hətta idmandan kənarda da onlardan yalnız biri poz verməyi bacarır.

Lionel Messi - Hətta onun da avtoqraf aldığı ulduz var.

Floyd Meyuezer - Hətta Kreml də ayaqlarımın altındadır.

Ronaldo (Yekədiş) - Ailəlikcə Disneylendin nağıllar ələmində.

Stiven Cerrard - Hər şeyin təzəsi, dostların köhnəsi.

Kaka - Bu dəfə topu yox, tısbağanı təqib edərkən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm