“Anderlext” – “Qarabağ” oyununda qadağalar
Bizi izləyin

İdman

“Anderlext” – “Qarabağ” oyununda qadağalar

Avropa Liqasında qrup mərhələsinin son turunda Belçika "Anderlext"inin "Qarabağ"la keçirəcəyi qarşılaşmada təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Publika.az xəbər verir ki, yeni yanaşma stadiondakı bütün şəxslərə tətbiq olunacaq. Bel çantası, çantalar və plastik qabların içəri keçirilməsinə icazə verilməyəcək. Hər bir şəxsin üst-başı yoxlanılacaq. Tribunalarda öz yerlərini vaxtında tuta bilmələrindən ötrü "Anderlext" rəhbərliyi azarkeşləri stadiona daha erkən gəlməyə çağırıb.

Petard və digər belə qurğulardan istifadə lüzumsuz panikaya səbəb ola bilər. Bu səbəbdən, belə hərəkətə yol verənlərə ən ciddi cəzalar tətbiq olunacaq. Bu qadağaya riayət olunmasına nəzarət ediləcək. Azarkeşlərdən hətta fasilə vaxtı stadiondakı yerlərində qalmaları xahiş olunub.

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm