“Neftçi” əfsanəni unutmadı – FOTOLAR
Bizi izləyin

İdman

“Neftçi” əfsanəni unutmadı – FOTOLAR

Bu gün “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ölümündən 18 il ötür. Klub rəhbərliyi, məşqçilər heyəti, futbolçular, veteran futbolçular Anatoli Banişevskinin ailə üzvləri ilə birlikdə mərhumun qəbrini ziyarət ediblər.

Publika.az xəbər verir ki, ziyarət zamanı əfsanəvi futbolçunun ailə üzvləri və veteran futbolçular A.Banişevski haqqında xatirələrini danışıblar.

Qeyd edək ki, Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinən “Banya” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunub.

Xatırladaq ki, Banişevski mədəaltı vəzi xəstəliyindən əziyyət çəkib. Sonra isə şəkər xəstəliyinə də mübtəla olub. Təəssüf ki, özü idmançı olsa da, səhhətində ciddi problemləri olub. Xəstəliyi 1979-cu ildə başlamışdı, 1988-ci ildə daha da kəskinləşdi. İynədən dəhşətli dərəcədə qorxurmuş. 51 yaşında o, 70-i haqlamış taqətsiz qocaya bənzəyirdi. Şəkər dişlərini tökmüşdü.

Əfsanəvi futbolçu uzun sürən xəstəlikdən sonra 1997-ci ilin dekabrında vəfat edib. Banişevskinin ordenini qızına təqdim etdilər. Orden hazır olanda artıq onun sahibi həyatda yox idi. Ona münasibət birmənalıdır: “O, fenomen olub. O, Azərbaycanı heç nəyə - pula, şöhrətə dəyişməyib. Onun kimisi 100 ildə bir dəfə doğulur”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm