“Qəbələ” rəsmisi: “Gözlənilməz səhvlərdən qol buraxdıq”
Bizi izləyin

İdman

“Qəbələ” rəsmisi: “Gözlənilməz səhvlərdən qol buraxdıq”

"Qəbələ" futbol klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin son oyununda "Krasnodar"la baş tutmuş görüşü şərh edib (0:3).

Publika.az xəbər verir ki, vitse-prezident oyunun maraqlı keçdiyini bildirib:

"Bu günkü əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Sonuna kimi oynadılar və bütün respublikamıza Avropa həyəcanı yaşatdılar. Heç kim komandadan qrupa düşməsini gözləmirdi. Baxmayaraq ki, sonuncu yerdə qərarlaşdıq, mən "Qəbələ" ilə fəxr edirəm. Biz daha yaxşı oynaya bilərdik. Gözlənilməz səhvlərdən qol buraxdıq".

Qeyd edək ki, "Qəbələ" - "Krasnodar" qarşılaşması 0:3 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm