Qruplar müəyyənləşdi
Bizi izləyin

İdman

Qruplar müəyyənləşdi

Bu gün Fransanın paytaxtı Parisdə AÇ-2016-nın final mərhələsinin püşkatması keçirilib.

Publika.az xəbər verir ki, gələn il iyunun 10-dan iyulun 10-dək davam edəcək turnirin 24 iştirakçısı püşkatmada iştirak edib.

Püşkün nəticələrinə əsasən, Türkiyə millisi son Avropa çempionu İspaniya millisiylə bir qrupda yer alıb. D qrupunda türklər və ispanlardan başqa, Xorvatiya və Çexiya millisi də yarışacaq.

Meydan sahibi Fransa millisi isə İsveçrə, Rumıniya və "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisiylə bir qrupda yer alıb.

AÇ-2016, qrup mərhələsi

A qrupu

Fransa, İsveçrə, Rumıniya, Albaniya.

B qrupu

İngiltərə, Rusiya, Slovakiya, Uels.

C qrupu

Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya.

D qrupu

İspaniya, Xorvatiya, Çexiya, Türkiyə.

E qrupu

Belçika, İtaliya, İsveç, İrlandiya.

F qrupu

Portuqaliya, Avstriya, Macarıstan, İslandiya.

- See more at: http://komanda.az/xeber/15351/#sthash.hxgr15Gs.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm