5 qat dünya çempionu tələbələrlə görüşdü – FOTO
Bizi izləyin

İdman

5 qat dünya çempionu tələbələrlə görüşdü – FOTO

Bu yaxınlarda Hollandiyada keçirilən yarışdan qələbə ilə qayıdan Kikboks üzrə 5 qat dünya çempionu Pərviz Abdullayev bu gün Azərbaycan Dillər Universitetində görüş keçirib.

Ali təhsil ocağının əsas korpusunda keçirilən görüşdə karate üzrə dünya çempionu, FHN-nin idman-sağlamlıq klubunun rəisi, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti polkovnik Füzuli Musayev də iştirak edib.

Görüşün məqsədi ilə bağlı Pərviz Abdullayev Publika.az-a danışdı. Azərbaycanın və “Qəbələ” İK-nın idmançısı bildirdi ki, ADU-ya dəvət edilmə məqsədi yeni qələbəsi və tələbələrə onu tanıtmaq olub:

“ADU-ya dəvət olunma məqsədim Hollandiyada keçirdiyim “Glory” yarışı ilə əlaqədar idi. Füzuli müəllimlə məni dəvət etmişdilər. Həmçinin bu görüş mənim haqqımda tələbələrə ətraflı məlumat vermək üçün idi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm