• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Blatter təslim oldu, Platini isə...

  • İdman
  • 23 Dekabr 2015 11:40
  • 861 Baxış
Blatter təslim oldu, Platini isə...

Bir neçə gün əvvəl futboldan 8 il müddətində uzaqlaşdırılan FİFA prezidenti Yozef Blatter bu sahədəki fəaliyyətinə son qoyduğunu elan edib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb. Blatter bunu ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib:

“Mən futbolda fəaliyyətini yekunlaşdırdım. Mən təşkilatımıza olan inamımı mayın 27-də, ABŞ hüquq-mühafizə orqanları fəaliyyətimizə müdaxilə etdiyi vaxt itirdim”.

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi bir neçə gün əvvəl Yozef Blatter və UEFA rəhbəri Mişel Platininin 8 illiyə futboldan uzaqlaşdırıldığını elan edib. Blatterdən fərqli olaraq, Platini təslim olmaq niyyətində deyil və reputasiyasını mərpa etmək üçün sonadək mübarizə aparacağını açıqlayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR