Bəhramovun məşhur qərarı ilə bağlı yeni layihə - VİDEO
Bizi izləyin

İdman

Bəhramovun məşhur qərarı ilə bağlı yeni layihə - VİDEO

Britaniya telekanalı “Sky Sports” İngiltərə yığmasının 1966-cı ildə keçirilən dünya çempionatında qazandığı qələbə münasibətilə xüsusi layihə hazırlayıb.

Publika.az xəbər verir ki, layihədə azərbaycanlı hakim Tofiq Bəhramovun məşhur qərarı da araşdırılacaq. Finalda İngiltərə AFR-a 4:2 hesabı ilə qalib gəlmiş, Tofiq Bəhramov isə əlavə vaxtın 11-ci dəqiqəsində ingilislərin hücumçusu Ceffri Herstin zərbəsindən sonra tirin aşağı hissəsinə dəyib meydana düşən topun qapı xəttini keçdiyini bildirmişdi. Qarşılaşmanın baş hakimi Qotfrid Dinst isə köməkçisi Bəhramovun qərarını əsas götürərək, qolu qeydə almışdı.

İndiyə qədər də bütün dünyada bu epizodla bağlı müzakirələr davam edir. Kimisi topun qapı xəttini keçdiyini iddia edir, bəziləri də bu fikirlə razılşamır.

“Sky Sports” hazırladığı yeni layihədə bu məsələyə birdəfəlik son qoyacaq. Layihənin yayımı 4 yanvarda baş tutacaq. Kanalın ekspertləri Ceymi Karragerlə Ed Çemberlen final qarşılaşmasının iştirakçılarından müsahibə alacaq və hakimin qərarını müzakirə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm