2015-ci ilin əsas hadisələrini 1 dəqiqəyə öyrən – FOTOLAR
Bizi izləyin

İdman

2015-ci ilin əsas hadisələrini 1 dəqiqəyə öyrən – FOTOLAR

Qoyun ilini yola salırıq. Ənənəvi olaraq, yenə də geri boylanıb baş verənləri xatırlamaq vaxtıdır. Bunun üçün müxtəlif variantlar fikirləşmək olar.

Publika.az 2015-ci ildə futbol aləmində baş verən ən maraqlı məqamları fotolarla təqdim edəcək. Başqa sözlə, 1 dəqiqəyə geridə qalan 12 ayda baş verənlərdən xəbəriniz olacaq.

1. “Arsenal”ın qapıçısı Voytsex Şesnı paltardəyişmə otağında siqaret çəkərkən yaxalandı.

2. Lionel Messinin hegemonluğu başa çatdı. Kriştiano Ronaldo “Qızıl top”a sahib çıxdı.

3. “Lester”in sabiq baş məşqçisi Naycel Pirson futbolçularını yersiz tənqid edən jurnalistləri straus adlandırdı. Yəqin bilirsiz, strauslar ciddi təhlükə hiss edəndə başını quma soxur. Adətən, bunu həqiqəti görməyən insanlar üçün də nümunə gətirirlər. İndi yəqin ki, həmin tənqidçilər xəcalət çəkir. Çünki tənqid etdikləri futbolçular hazırda İngiltərə çempionatının lideridir.

4. Andrea Pirlo, Xavi Hernandes və Stiven Cerrard möhtəşəm Avropa karyerasını başa vurdu.

5. “Mançester Siti” Kevin De Bruynenin keçidinə görə 74 milyon avro ödəyərək ilin ən bahalı transferini rəsmiləşdirdi.

6. Hələ belə kuryoz hadisə olmamışdı. “Real” David De Xeanın “Mançester Yunayted”dən transferini rəsmiləşdirən sənədləri 2 dəqiqə gec göndərdiyi üçün keçid baş tutmadı.

7. Ueyn Runi İngiltərənin heyətində 50-ci qolunu vuraraq, millinin tarixində ən yaxşı bombardir oldu.

8. “Bavariya”nın hücumçusu Robert Levandovski 9 dəqiqəyə 5 qol vuraraq “Ginnesin rekordlar kitabı”na düşdü.

9. Yürgen Kloppun “Liverpul”a baş məşqçi təyin olunması da ilin əsas hadisələrindən biri idi.

10. Və nəhayət, Joze Mourinyo 2016-cı ili “Çelsi”nin baş məşqçisi kimi qarşılaya bilmədi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm