“Qarabağ”lı: “Ermənistana qalib gəlmək böyük stimul oldu”
Bizi izləyin

İdman

“Qarabağ”lı: “Ermənistana qalib gəlmək böyük stimul oldu”

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına verdiyi açıqlamada 2015-ci ilin onun üçün uğurlu keçdiyini bildirib.

Publika.az xəbər verir ki, təcrübəli oyunçu ili belə dəyərləndirib:

"Mənim üçün uğurlu il alındı. Bu, karyeramın ən uğurlu ili oldu. "Qarabağ"la Azərbaycan çempionu oldum, ölkə kubokunu qazandım və ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynadım. Daha sonra Albaniya yığması ilə ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə etdim".

Bundan başqa, albaniyalı futbolçu AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirdikləri oyunlardan da söz açıb:

"Seçmə mərhələnin bütün oyunları həyəcanlı keçdi. Portuqaliya üzərindəki qələbə, Serbiya ilə oyun və Ermənistana qalib gəlmək bizim üçün böyük stimul oldu. Ardından Danimarka ilə heç-heçə oynadıq və nəhayət səfərdə Ermənistana qalib gəlməklə AÇ-2016-nın final mərhələsinə vəsiqə qazandıq. Həmin oyundan sonrakı emosiyaları təsəvvür etmək mümkün deyil".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm