İdman
"Qəbələ" bəyanat yaydı
"Qəbələ" futbol klubu bəyanat yayıb.
Publika.az klubun rəsmi
saytına istinadən xəbər verir ki, bəyanatda son 3 mövsümdə
əvəzedici komandada baş məşqçi kimi çalışmış Luis Araqonla müqavilə
öhdəliklərinin yerinə yetirilməməsinə dair mətbuatda yer alan
xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.
Klubun yaydığı bəyanatda deyilir: "Diqqətinizə çatdırmaq istərdik ki, klub rəsmiləri tərəfindən məsələ ilə bağlı daha öncə verilən açıqlamalarda olduğu kimi, müqavilə şərtləri Luis Araqonun və klubun nümayəndələri tərəfindən bir daha nəzərdən keçirildikdən sonra klub üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib. Bir daha vurğulamaq istərdik ki, məsələ mətbuatda qeyd edildiyi kimi FİFA-nın müvafiq qurumlarının çıxardığı qərara əsasən deyil, tərəflər arasında həllini tapıb. Klub Luis Araqonun fəaliyyət göstərdiyi dönəmdə işini yüksək qiymətləndirir və dostluq münasibətlərini davam etdirir. Məsələnin FİFA qurumları tərəfindən həll edildiyi ilə bağlı mətbuatda yer alan xəbərlər həm klubumuzun, həm Luis Araqonun təəccübünə səbəb olub".
İspaniyalı mütəxəssis özü də bununla bağlı
kluba göndərdiyi məktubda məsələnin tərəflər arasında həll
edildiyini bildirib: "Azarkeşlər, klub əməkdaşları və 3 il ərzində
çalışdığım bütün insanlara salamlarımı çatdırıram. Öncə bir
məsələyə aydınlıq gətirmək istəyirəm: klub və mənim aramda yaranmış
müqavilə ilə bağlı şərtlər hər iki tərəfi məmnun edəcək şəkildə öz
aramızda həllini tapıb. Çox şadam ki, Azərbaycanın ən yaxşı
klubunda işləmək şansı əldə etdim. Müəyyən müddət klubun əsas
komandasında da çalışdım və mənə etimad göstərdikləri üçün bütün
klub nümayəndələrinə "çox sağ olun" deyirəm. Əvəzedici komandada,
U-19 komandasında gördüyümüz bütün işlər məni razı saldı. Mən və
ailəm yaşadığımız bu 3 illik gözəl təcrübədən razı şəkildə
ayrıldıq. Bu müddətdə yeni mədəniyyətlə tanış oldum və verilən
şansdan həzz alaraq yararlandım.
Klubda daim peşəkarlar tərəfindən əhatə olundum və 3 il ərzində
çalışdığım bütün oyunçulara davranışlarına görə təşəkkür edirəm. İş
və məişət planında mənə kömək edən hər bir şəxsə bir daha
minnətdarlığımı bildirirəm, onların əməyini unuda bilmərəm. Əminəm
ki, klubda hər kəs meydançada və ondan kənarda əlimdən gələnin ən
yaxşısını etdiyimi bilir. Mən gördüyüm işlərdən məmnun şəkildə
ayrılmışam və klubla münasibətlərimiz həmişə yüksək səviyyədə
qalır. Bir daha 3 il ərzində mənə dəstək olan azarkeşlərə, klub
əməkdaşlarına, oyunçulara "sağ olun" deyirəm, kluba gələcək
fəaliyyətində uğurlar arzulayıram. Ümid edirəm ki, yollarımız bir
daha kəsişəcək".
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO