Bu reklam çarxı hər kəsi duyğulandıracaq - VİDEO
Bizi izləyin

İdman

Bu reklam çarxı hər kəsi duyğulandıracaq - VİDEO

Çempionlar Liqasının sponsorlarından olan “Mastercard” “Barselona”nın türkiyəli futbolçusu Arda Turanın iştirakıyla maraqlı reklam çarxı hazırlayıb.

Publika.az xəbər verir ki, məhəllədə top qovan balaca uşaqların qonağı olan Arda əvvəlcə onlarla futbol oynayır. Sevincinin həddi-hüdudu olmayan balacalar növbəti sürprizi də heyrətlə qarşılayır. Bir gün əvvəl məhəllədə top qovan azyaşlılar ertəsi Çempionlar Liqasının “Qalatasaray” – “Benfika” matçında ulduzlarla əl-ələ meydana çıxacağını heç yuxularında da görməzdilər. Amma “Mastercard” onların xəyal etdiyini reallığa çevirib.

Görəsən, bizim məhəllələrdə top qovan balaca futbol həvəskarları da nə vaxtsa belə sevinə biləcəklərmi?

Publika.az həmin duyğusal çarxı təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm