PSJ bu klipə etiraz etdi
Bizi izləyin

İdman

PSJ bu klipə etiraz etdi

PSJ ingiltərəli müğənni MİA-ya etiraz edib.

Publika.az xəbər verir ki, parislilər Şri-Lanka əsilli müğənniyə məktub göndərərək, onun qaçqınlarla bağlı çəkilmiş "Borders" klipinin yayımdan qaldırılmasını tələb ediblər.

Buna, klipdə PSJ-nin futbolkasını geyinən qadın müğənninin forma üzərində "düzəlişlər" etməsi səbəb olub. Belə ki, müğənni formanın üzərindəki "Fly Emirates" reklamını "Fly Pirates" sözüylə əvəz edib.

MİA özünün şəxsi "instaqram" hesabında Fransa təmsilçisinin ona göndərdiyi məktubu paylaşıb. Məktubda qadın müğənninin klipi yayımdan qaldırmayacağı təqdirdə, şikayət ediləcəyi qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm