Bu idman növləri haqda eşitmişdiniz? – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

Bu idman növləri haqda eşitmişdiniz? – FOTOLAR/VİDEO

İdman sağlamlıq, əyləncəli məşğuliyyət, biznes, həm də ayrı-ayrı xalqlar, ölkələr arasında mədəni əlaqə, ünsiyyətdir. Bu səbəbdən də dünyada onunla maraqlanmayan, məşğul olmayan sivil ölkə çətin tapılar. Xüsusən də futbol, şahmat, voleybol, həndbol və digər idman növləri bütün dünyada məşhurdur. Lakin elə idman növləri də var ki, onlar haqqında heç nə eşitməmişik.

Publika.az çoxlarımızın barəsində ilk dəfə eşitdiyi idman növlərini təqdim edir:

Slembol

Adını ilk dəfə eşitdiyimiz bu idman növü basketbolun əsasında yaradılıb. Amma basketbol meydançasından fərqli cəhətləri var. Slembolda komandalar tramplinlərdən istifadə edirlər. Belə desək, hər səbətin qarşısında tramplinlər olur. Hərəsində 4 nəfər olmaqla komandalar meydançanın hər iki tərəfindən səbətin ətrafına toplaşırlar. Əsas şərt topu rəqibin səbətinə atmaqdır.

“Üzük futbolu”

Müasir futbolun "əcdadlarından" biri olan üzük futbolu 16-cı əsrdə yaradılıb. Bu futbol növündə idmançıların forması da, qaydaları da fərqlidir. Komanda üzvləri rəqibə qalib gəlmək üçün üzük formasında toplaşaraq rəqibin qapısına hücum edirlər. Hücum zamanı isə fiziki gücdən, reqbi qaydalarından da istifadə etmək olur.

Botaoşi

Botaoşi 1954-1955-ci illərdə Yaponiyada yaradılıb. Həmin dövrdə bu oyunun yaradılmasında əsas məqsəd hərbçilər arasında ruh yüksəkliyini qaldırmaq idi. Yarışda 75 oyunçu iştirak edir. Qaydalara görə, komandaların əsas tapşırığı rəqibin komandasının şüvülünü 30 dərəcə əyməkdir. Buna görə oyunçulara cəmi 2,5 dəqiqə vaxt ayrılır.

“Ferret legging”

İngilis şaxtaçıları ötən əsrdə siçanları şalvarlarında gizlədərək onlarla əylənir, heyvanların maksimum öz paltarlarında qalmalarına çalışırdılar. İngiliscə “Ferret legging” adlanan idman növü belə yarandı. Oyun ciddi qaydaları ilə seçilir. Şərtlərə əsasən, “Ferret legging”də ancaq kişilər iştirak etməlidir. Əsas şərtlərdən biri budur - oyunçular şalvarların altından alt paltarı geyinməməlidir.

Yanar kokos futbolu

Klassik atributla zəngin olan yanar kokosla futbol İndoneziyada məşhurdur. Ölkə azarkeşləri alovlanan kokosla futbol oynayan idmançıların bu “top” uğrunda mübarizəsinə baxmağı çox sevirlər. Oyunçular matçdan bir müddət əvvəl kokosu kerosində isladırlar. Lakin o, oyun başlanan vaxt alovlandırılır. Oyunçuların alova bürünmüş kokosu rəqib qapısından keçirmələri üçün 60 dəqiqə vaxt ayrılır.

Dəvə üstündən tullanma

Dəvə üstündən tullanma Yəməndə mövcuddur. Bu ölkənin milli idman növü olan dəvə üstündən tullanma oyunu ciddi intizam və qəribə qaydaları ilə seçilir. İştirakçılar əvvəlcə yan-yana dayanmış 3, sonra 4-5, daha sonra isə 6 dəvənin üstündən tullanmalıdırlar. Ən yüksək nəticə 7 dəvənin üstündən tullanmaqdır. Atlanma zamanı dəvələrin boyunlarına toxunmaq olmaz.

Buzkaşi

Buzkaşi bütün Mərkəzi Asiya ölkələrində yayılmış idman növüdür. Oyunlarda atlardan istifadə edilir. Sahədə hərəkət edən idmançıların davranışları klassik polonun barbar versiyasını xatırladır. Fərq bundan ibarətdir ki, at sürənlərdə yalnız hokkey çubuğu yoxdur. Lakin onlar topun əvəzinə başı kəsilmiş keçi cəmdəyindən istifadə edirlər. Atlılar onu yerdən qaldırmalı və maksimum uzağa aparmalıdırlar.

Tir atışı

Tir atışı – Şotlandiyanın şimalında daha çox istifadə edilir. Atıcılar uzunluğu 6 metrə, çəkisi 80 kiloqrama çatan tiri maksimum uzağa atmalıdırlar. Əgər tir onu atanla düz xətt üzrə düşsə, həmin atıcı qalib hesab edilir.

Snorklinq

İdmançılar velosipedlə kiçik çarhovuzun və ya xəndəyin dibindən keçən 40 metrlik yolu qət etməli, müəyyənləşdirilmiş zolaqdan kənara çıxmamalıdırlar.

Üstəlik, iştirakçılar müəyyənləşdirilmiş sahənin sonunda çevrilməli və yenidən start xəttinə qayıtmalıdırlar. Oyunçular tənəffüs borusu olan xüsusi maskadan da istifadə edirlər.

Şahboks

Yəqin ki, bu sözü ilk oxuyarkən ağlınıza bütün dünyada məşhur olan şahmat gəldi. Düşündünüz ki, hansısa hərfi səhv yazmışıq. Amma belə deyil.

Şahboks tamamilə iki fərqli idman növünün – şahmatla boksun birləşdirilməsindən yaradılıb. Döyüş 11 raunddan ibarətdir. Oyunçular raundların tək rəqəmləri üzrə rəqiblərini mat etməyə, cüt rəqəmləri üzrə isə rəqiblərini boksda nokauta salmağa çalışırlar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm