“İnter” “Verder”lə qarşılaşır – Bu gün, 17:00-da
Bizi izləyin

İdman

“İnter” “Verder”lə qarşılaşır – Bu gün, 17:00-da

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan futbol klublarından ilk dəfə Bakı "İnter"i yoxlama oyununa çıxacaq.

Publika.az xəbər verir ki, rəqib Almaniyanın "Verder" klubunun U-23 komandası olacaq. Görüş komandaların hazırlıq keçdiyi Bələk qəsəbəsində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Bankirlər" Antalya toplanışında daha 3 qarşılaşma keçirəcək. "Verder"in əsas heyəti ilə görüş yanvarın 15-də baş tutacaq. Ayın 19-da "İnter" Çexiyanın "Slovan", bundan 4 gün sonra isə Qazaxıstanın "Atırau" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Antalyada "İnter"dən əlavə, "Qarabağ", "Qəbələ" və "Zirə" də təlim-məşq toplanışındadır. "Sumqayıt" isə sentyabrın 16-da qonşu ölkəyə yollanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm