FİFA-nın baş katibi də “istirahət”ə göndərildi
Bizi izləyin

İdman

FİFA-nın baş katibi də “istirahət”ə göndərildi

FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə FİFA-nın Fövqəladə Komitəsi qərar qəbul edib. Qərar dərhal qüvvəyə minib. Artıq funksionerlə olan əmək müqaviləsi ləğv edilib. Bundan sonra baş katib vəzifəsini Markus Kattner icra edəcək.

Qeyd edək ki, ötən ilin sentyabrında FİFA-dakı rüşvət qalmaqalı ilə əlaqədar Jerom Valke baş katib vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılmışdı. Oktyabrda isə Etika Komitəsinin qərarına əsasən sonradan 45 gün müddətinə də uzadılmasının mümkünlüyü şərti ilə baş katibi tutduğu vəzifədən 90 gün müddətinə kənarlaşdırılıb. Yanvarın 7-də isə qurumun Etika Komitəsinin Arbitraj Palatası tərəfindən funksionerə qarşı iş açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm