Avropa çempionumuz kəmərini satışa çıxardı – SƏBƏB
Bizi izləyin

İdman

Avropa çempionumuz kəmərini satışa çıxardı – SƏBƏB

Boks üzrə Avropa çempionu Ağali Alışov çempion kəmərini satışa çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə idmançı öz feysbuk səhifəsində məlumat verib. A.Alışov bildirib ki, onun bu addımı atmasına səbəb xərçəng xəstəliyindən əziyyət çəkən boksçu İsrafilbəyov Emilin (Emil Baku) müalicəsi üçün vəsait əldə etməkdir:

“Dostlar peşəkar boksda ən uğurlu nəticəm Avropa çempionluğu olub. Bu titulu qazanmaq üçün çox əziyyətlərdən keçmişəm. Hətta evimi belə satmışam. Lakin bunlara baxmayaraq, bu gün qazandığım Avropa kəmərini satışa çıxarıram. Səbəb heç bir zaman üzünü görmədiyim, lakin uşaq yaşlarımda döyüşlərini həvəslə izlədiyim idman həmkarım, ilk azərbaycanlı peşəkar bokçu İsrafilbəyov Emilə dəstək olmaqdır. Kəmərə verilən məbləğ bütünlüklə “Emil Baku”ya dəstək məqsədilə göndəriləcək. Allah qardaşımızın yardımçısı olsun. Hər kəsi bu çətin zamanda Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edən idmançımıza dəstək olmağa çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm