FHN-in cüdoçuları mükafatsız qalmadı
Bizi izləyin

İdman

FHN-in cüdoçuları mükafatsız qalmadı

11-14 yanvar tarixlərində Şağan Olimpiya kompleksində cüdo üzrə yeniyetmələr arasında Açıq Bakı çempionatı keçirilib.

Publika.az xəbər verir ki, çempionata 38 komanda, 1024 iştirakçı qatılıb. Yarışmada Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən aşağıdakı iştirakçılar qələbə qazanıb:

28 kq çəkidə Nigar Şahməmmədova - 3-cü yer

34 kq çəkidə Nicat Ağayev - 3-cü yer

55 kq çəkidə Kənan Bağırov - 3-cü yer

63 kq çəkidə Nəzrin Quliyeva - 3-cü yer

Qeyd edək ki, çempionatın baş hakimi Nizami Ubayev olub. FHN-ni təmsil edən iştirakçılar yarışa məşqçi Taleh Sadıqovun rəhbərliyi ilə qatılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm