Pəhləvanlar sabah Hövsana yığışacaq
Bizi izləyin

İdman

Pəhləvanlar sabah Hövsana yığışacaq

16 yanvar 2016-cı il tarixdə Hövsan Olimpiya İdman Kompleksində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 19-cu beynəlxalq turnir və qadın güləşi üzrə böyüklər arasında açıq Azərbaycan Kuboku yarışı keçiriləcək.

Publika.az xəbər verir ki, Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yeniyetmələrin yarışında 1999-2001-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Yeniyetmələrin yarışında Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya, qadınların yarışında isə Macarıstan və Qazaxıstandan olan güləşçilərin iştirakı gözlənilir. Qadın güləşçilər 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində yarışacaq.

Görüşlər səhər saat 10:00-da, təntənəli açılış mərasimi isə saat 16:00-da başlayacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm