“Fənərbağça” çempion oldu, dava düşdü - VİDEO
Bizi izləyin

İdman

“Fənərbağça” çempion oldu, dava düşdü - VİDEO

Türkiyənin 4 böyük komandası arasında keçirilən mini futbol turnirində dava düşüb.

Publika.az xəbər verir ki, hadisə "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılan final matçında baş verib.

"Sarı-qırmızılar"ın futbolçusu Hasan Şaş azarkeşlə mübahisə etdiyi üçün oyunun hakimi tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra hadisəyə digər futbolçular da müdaxilə edib. Daha sonra azarkeşlər arasında dava düşüb və xeyli sayda azarkeş salondan çıxarılıb.

Qeyd edək ki, turnir "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor" komandalarının veteranları arasında keçirilib. Turnirin sonunda "Fənərbağça" çempion adını qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm