“Şalvar davası” – “Üstündə qiyməti belə yazılmışdı”
Bizi izləyin

İdman

“Şalvar davası” – “Üstündə qiyməti belə yazılmışdı”

İlk Avropa Oyunlarının qalibi, yunan-Roma güləşçisi Elvin Mürsəliyevin müsahibələrinin birində 750 manatlıq şalvar geyinməsini deməsi böyük müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, müzakirələrin böyüdüyünü görən idmançımız sosial şəbəkədəki hesabından məsələyə münasibət bildirib:

"Bəli, mən müsahibə vermişəm. Tam səmimi... Çünki necə var, elə danışmağı xoşlayıram. Bu gün bəzi saytlar, bəzi insanlar məni qınayır ki, 750 manatlıq şalvar geyinir. Əslində bu hadisə belə olub - Avropa Oyunlarının qalibi olanda yaxınlarım mənə hədiyyə verirdilər, sağ olsunlar. Geyimdən söhbət düşəndə dedim ki, əynimdəki şalvar hədiyyədir, üstündə qiyməti belə yazılmışdı. Mən də 5 manatlıq nəsə alıb kiməsə hədiyyə versəm, üstünə şişirdilmiş qiymət qoyub apararam. Hədiyyəni qəbul edən üstündəki qiymətlə razılaşacaq. Bilməyəcək ki, dəqiq qiyməti neçədir. Heç kim heç nə deməyəcək.

Çünki hər insanın öz düşüncəsi var. Kim necə istəyir, elə də düşünsün. Hər kəsə hörmətim sonsuzdur. Bunu da unutmayın, qazandığım hər medal üçün kilolarla tər tökmüşəm. Medal mənim bu sahədə müvəffəqiyyətimi sübut edən metal bir sənəddir. Medal mənim illərlə getdiyim yolun bir hissəsinin sadəcə sübutudur. Medallar görünür, ancaq sınan dırnaqlarımı, əzilən əzələlərimi, zədələrimi görən olmur. Allah hamının çəkdiyi əziyyətinə görə bəhrəsini versin".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm