“Simurq”da işləyən məşqçi erməni klubunda
Bizi izləyin

İdman

“Simurq”da işləyən məşqçi erməni klubunda

Artıq tarixin yaddaşına köçən "Simurq"un sabiq baş məşqçisi Sergey Yuran özünə yeni komanda tapıb.

Publika.az xəbər verir ki, rusiyalı mütəxəssis Ermənistan "Mika"sının sükanı arxasına keçib. Onunla 6 aylıq müqavilə bağlanılıb. 15 turdan sonra "Mika" 8 klub arasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Sergey Yuran 2011-ci ilin iyulundan 2012-ci ilin fevralınadək "Simurq"un baş məşqçisi olub. O, köməkçi-məşqçi işləyən qardaşı Yuri Yuran və İqor İşenko ilə birgə uğursuz nəticələrlə əlaqədar komandadan qovulub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm