Sponsorları soyub - talayan ulduzlar – FOTOLAR
Bizi izləyin

İdman

Sponsorları soyub - talayan ulduzlar – FOTOLAR

Sponsorları soyub-talayan ulduzlar – FOTOLAR

"BusinessInsider" saytı sponsorluq anlaşmalarından ən çox gəlir əldə edən 9 idmançını müəyyənləşdirib. Publika.az həmin siyahını təqdim edir:

1. NBA komandalarından "Çikaqo Bulls"un ən önəmli oyunçusu Derrik Rose siyahıya başçılıq edir. Rose "Adidas"dan 13 illik sponsorluq anlaşması qarşılığında 200 milyon dollar alıb.

2. Şimali irlandyialı qolfçu Rori Maklroy "Nike" ilə 10 illik müqavilə imzalayıb və 200 milyon dollar qazanıb.

3. İngiltərənin futbol əfsanəsi Devid Bekhem "Adidas"la ömrünün sonunadək davam edəcək anlaşmaya imza atıb. 160 milyon dollarla başlayan müqavilə davam etdikcə, məbləğ də artacaq.

4. Amerikalı qolfçu Tiger Vuds "Nike" ilə 5 illik müqavilə bağlayaraq 100 milyon dolları cibinə qoyub.

5. "Miami Heat" və NBA-nın əfsanəvi oyunçusu Lebron Ceyms "Nike"dən 7 il üçün 93 milyon 93 milyon dollar alıb.

6. Rus tennisçi Mariya Şarapova "Nike" ilə 8 ili əhatə edən 70 milyon dollarlıq sponsorluq müqaviləsi imzalayıb.

7. Kriştiano Ronaldo "Nike" ilə 5 illik müqaviləyə imza atıb. Anlaşmanın dəyəri 32.5 milyon dollardı.

8. İsveçrəli tennisçi Rocer Federer "Moet & Chandon Champagne"dən 5 ildə 30 milyon dollar alacaq.

9. Məşhur atlet Usain Boltun "Puma" ilə bağladığı 3 illik müqavilənin dəyəri 30 milyon dollardı. Tərəflər arasında anlaşmanın müddəti artırıla bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm