Braziliyada “Zika” virusu - Olimpiya Oyunları təhlükə altında?
Bizi izləyin

İdman

Braziliyada “Zika” virusu - Olimpiya Oyunları təhlükə altında?

Braziliyanın Rio-de-Janeyro şəhərinin hakimiyyəti bu il keçiriləcək Olimpiya Oyunları zamanı "Zika" virusuna yoluxma faktlarının qarşısını almaq üçün Tədbirlər planı hazırlayıb.

Publika.az xəbər verir ki, körpə uşaqlar arasında ağır fiziki qüsurlara səbəb olan bu xəstəlik həm Braziliyada, həm də xaricdə artan narahatlığa səbəb olub.

Olimpiya komplekslərinin müfəttişliyi xəstəliyi yayan ağcaqanadları məhv etmək üçün Olimpiya Oyunlarından dörd ay əvvəl dezinfeksiya tədbirləri həyata keçirəcək.

Bununla belə, dərmanlama yalnız atletlərin və qonaqların sağlamlığında şübhələr yarandığında aparılacaq.

Braziliyanın Səhiyyə Nazirliyi bildirir ki, Oyunların avqustda, havanın sərin, quru olduğu zaman keçiriləcəyindən ağcaqanadların sayı da az olacaq, bu isə o deməkdir ki, virusa yoluxma halları da azala bilər.

Bundan əvvəl ABŞ-ın səhiyyə qurumu hamilə qadınlara Kolumbiya, Ekvador, El Salvador və Yamayka da daxil olmaqla, "Zika"ya yoluxma hallarının qeydə alındığı 20 ölkəyə getməmək xəbərdarlığı edib.

Virus Braziliyada başlayıb. Bu günə kimi dörd minə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm