Millimiz Kubadan 3 medalla qayıdır
Bizi izləyin

İdman

Millimiz Kubadan 3 medalla qayıdır

Kubanın paytaxtı Havanada cüdo üzrə qran-pri yarışına yekun vurulub.

Publika.az xəbər verir ki, yarışın üçüncü - sonuncu günündə Azərbaycan milli komandasının daha 4 cüdoçusu tatami üzərinə çıxıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Daha sonra xorvat Zlatko Kumriçi mübarizədən kənarlaşdıran Məmmədov, 1/4 finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında alman idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə BƏƏ cüdoçusu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən Elxan Məmmədov Kuba qran-prisinin bürünc medalını qazanıb.

Digər 3 cüdoçumuz – Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100) və Uşanqi Kokauri (+100) isə mükafatçılar arasında yer ala bilməyiblər.

Beləliklə, Kuba qran-prisini cüdo üzrə Azərbaycan milli komandası 3 medalla başa vurub: Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərli (60 kq) və Elxan Məmmədov (100 kq) bürünc medal.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm