İlin ilk yarışını qızılsız başa vurduq - FOTO
Bizi izləyin

İdman

İlin ilk yarışını qızılsız başa vurduq - FOTO

Azərbaycan karateçiləri Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) və Şahin Atamov (+84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) nüfuzlu "Paris Open" beynəlxalq turnirini gümüş medallarla başa vurublar.

Pubika.az xəbər verir ki, Azərbaycan millisi bu nəticəylə mükafatçı 18 ölkə arasında 10-cu pilləni tutub. Müqayisə üçün qeyd edək ki, Dünya Karate Federasiyasının "kiçik dünya çempionatı" adlandırılan bu mötəbər turnirində 75 ölkədən 1012 idmançı iştirak edib.

İlin ilk rəsmi yarışının son günü tatamiyə çıxan 3 idmançımız - Fəridə Abiyeva (-61 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər iksi -67 kq) təəssüf ki, medalçılar sırasına düşə bilməyiblər. Ş.Atamovla F.Fərzəliyev isə həlledici görüşdə, bir gün əvvəl finala çıxışla təmin etdikləri gümüş medalla kifayətlənməli olublar.

Bir gün əvvəl mübarizə aparan digər 8 idmançımızdan Nuranə Əliyeva (-50 kq) və Ayxan Mamayevin (-84 kq, hər iksinin şəxsi məşqçisi Şahin Xudaverdiyev) bürünc medala sahib olmaq şansları yaransa da, onlar son anda təsəlliverici görüşlərdən məğlubiyyətlə ayrılıblar.

13 idmançı ilə Parisə yollanan heyətə federasiya prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident Rəhman Hətəmov rəhbərlik edib. Baş məşqçinin köməkçisi Rəşad Hüseynovdan başqa beynəlxaq hakimlər Cahangir Babayev və Yusif Məmmədov da Premyer Liqada iştirak ediblər.

Komandamız yanvarın 26-da Bakıya dönəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm