Çempionlar Liqasının təqvimi dəyişdi - SƏBƏB
Bizi izləyin

İdman

Çempionlar Liqasının təqvimi dəyişdi - SƏBƏB

Asiya Futbol Konfederasiyası (AFK) Asiya Çempionlar Liqasında İran və Səudiyyə Ərəbistanı komandalarının oyunlarını təxirə salıb.

Publika.az xəbər verir ki, Asiyanın ali futbol qurumundan edilən açıqlamada son vaxtlar bu ölkələr arasında yaşanan gərginlik nəzərə alınaraq, bu iki ölkənin klublarının yer aldığı A, B, C və D qruplarının bəzi oyunlarının vaxtı dəyişdirilib. Belə ki, bu qruplarda Səudiyyə və İran klublarının qarşılaşmaları ilk 3 turdan 5 və 6-cı turlara təxirə salınıb. Qrup mərhələsinin son iki turunadək bu ölkələr arasında gərginlik səngiməsə, oyunlar neytral meydanda keçiriləcək.

Əlavə olaraq, AFK BƏƏ klublarının İran komandalarıyla matçlarına ciddi nəzarət olacağını açıqlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti bir müddət öncə aralarında şiə dini lideri Ayətullah Nəmr Bakır ən-Nəmrin də yer aldığı 47 Səudiyyə vətəndaşını edam etmişdi. Bundan sonra İranda Səudiyyə Ərəbistanı konsulluqlarına hücum olmuş və bu ölkənin Tehrandakı səfirliyi və Məşhəd şəhərlərindəki konsulluq binası yandırılmışdı.

Bu hücumlardan sonra Səudiyyə hökuməti İranla bütün diplomatik əlaqələri kəsdiyini, yerli futbol federasiyası isə bu ölkəni təmsil edən futbol komandalarının İrana yollanmayacağını açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm