Şeyx Rusiyanı müdafiə etdi
Bizi izləyin

İdman

Şeyx Rusiyanı müdafiə etdi

FİFA prezidentliyinə namizəd Şeyx Salman bin İbrahim Əl-Xəlifə Rusiyaya qarşı yönəlmiş rasizim ittihamlarına cavab verib.

Publika.az xəbər verir ki, Salman Rusiyanı müdafiə edib. O, bu ölkəni ittiham edənlərin öz ölkələrində baş verənlərə də baxmalı olduğunu deyib:

“Kimlər ki, Rusiyanı rasimzdə ittiham edirlər, onlar öz ölkələrində baş verənlərə də baxmalıdılar. Əlbəttə, biz rasizmin kökünü kəsməliyik. Ancaq açıq hadisələrə göz yuma bilmərik.

Gizli rasizm hansısa fanatın stadionda primitiv hərəkətindən çox-çox təhlükəlidir. Elə ölkələr var ki, orda rasizm demək olar ki, qanuniləşdirilib.

Bu məsələdə sayıq olmaq lazımdı. Amma riyakarlıq etmək olmaz. Əlbəttə, prezident seçilsəm, komandamda peşəkar rusiyalılar da yer alacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm