• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Rusiya idman səhnəsindən silinə bilər

  • İdman
  • 27 Yanvar 2016 13:07
  • 888 Baxış
Rusiya idman səhnəsindən silinə bilər

Rusiya idmanının başının üstünü alan qara buludlar çəkilmək bilmir. 2016-cı il şimal qonşularımız üçün heç də yaxşı başlamayıb. Yüngül atletlərin cəzalanmasından sonra indi Rusiyanı hər cür təhlükə gözləyir.

Publika.az xəbər verir ki, ABŞ-ın bir qrup idmançısı Beynəlxalq Olimpiya Komitəsini (IOC) və Ümumdünya Antidopinq Agentliyini (WADA) bütün idman növlərində rusiyalı idmançıları dopinq-testdən keçirməyə çağırıb.

ABŞ olimpiya yığmasının üzvlərinin adından yazılan məktub birbaşa iki qurumun rəhbərinə ünvanlanıb. Məktubda deyilir ki, anti-dopinq təşkilatı Rusiyanın bütün idman növlərini yoxladığına əmin olmalıdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR