Daha bir ulduz futbolçu ABŞ-a yollandı
Bizi izləyin

İdman

Daha bir ulduz futbolçu ABŞ-a yollandı

Son illər yaşı 30-u ötən futbolçuların Avropadan digər qitələrə üz tutması dəb halını alıb. "Roma"nın ingilis müdafiəçisi Eşli Koul da karyerasını ABŞ-da davam etdirəcək.

Publika.az xəbər verir ki, 35 yaşlı futbolçu MLS təmsilçisi "Los-Anceles Qalaksi"ylə anlaşıb. Bu barədə Los-Anceles təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Koul azad agent olduğundan, amerikalılar müdafiəçi üçün "Roma"ya heç bir ödəmə etməyib.

Eşli Koul karyerası ərzində "Roma"yla yanaşı, "Arsenal", "Kristal Pelas" və "Çelsi"nin də şərəfini qoruyub. 2001-2014-cü illər aralığında İngiltərə millisinin formasını geyinən Koul, burada 107 oyunda meydana çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm