İdman
Stadion, yoxsa Kolizey? – FOTOLAR
"Roma" yeni stadionunun layihəsinqi təqdim edib. Publika.az xəbər verir ki, mərasimdə klubun prezidenti Ceyms Pallotta və Roma bələdiyyəsinin sədri İqnazio Marino iştirak edib.
Pallotta bildirib ki, stadion tamamilə özəl sektorun maliyyəsi ilə inşa ediləcək və heç bir dövlət yardımından istifadə olunmayacaq. 300 milyon avroya başa gəlməsi gözlənilən arenanın 2 il içində istifadəyə verilməsi gözlənilir: "Olimpiya stadionu "Roma"ya layiqincə ev sahibliyi etdi. Amma bu arena artıq öz missiyasını yerinə yetirib. "Roma" azarkeşlərinin və bu şəhərin yeni stadiona ehtiyacı var. Bu, komanda, şəhər və ölkə üçün böyük fürsət olacaq".
Stadionun amerikalı memarı Dan Meis isə yeni arenanın Roma şəhərinin simvollarından biri olan Kolizeyin modern quruluşlu yeni bir halı olacağını bildirib: "Yeni stadionla Kolizeyin möhtəşəmliyini və gücünü yenidən canlandırmaq istəyirik".
Dan Meis Tor di Valle səmtində inşa ediləcək arenanın xarici görünüşünün Kolizeyi xatırlatacağını deyib. Memar qeyd edib ki, yeni stadionda tribunalar Olimpiya stadionuna nisbətən meydana yaxın olacaq. Həmçinin "Roma"nın ən çılğın tərəfdar qrupunun oturduğu "Curva sud" adlı qapı arxası tribunanın tutumu 14 min nəfərlik olacaq.
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO