Millimiz Kosovo ilə oyuna çıxmayacaq
Bizi izləyin

İdman

Millimiz Kosovo ilə oyuna çıxmayacaq

Türkiyədə keçirilən “Antalya cup” turnirində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə yanaşı, Kosovo da iştirak edir. Bu isə birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Elxan Məmmədov jurnalistlərə açıqlamasında Kosovo ilə oynamaqdan imtina etdiklərini bildirib:

“Biz Kosovonun müstəqilliyini tanımırıq. Onların turnirdə iştirak edəcəyini bilmirdik. Yarışdan əvvəl Kosovonun da həmin turnirdə iştirak edəcəyi ilə bağlı bizə rəsmi sənəd gəlməmişdi. Biləndən sonra mövqeyimizi açıqladıq ki, son turda onlarla görüşə çıxmayacağıq. 11-12 yaşlıların oyunu olsaydı, bəlkə də, komandamız meydana çıxardı. Çünki siyasi məsələlərin uşaqların futbol oynamalarına mane olmasını istəməzdik. Amma bu, milli komandadır. Bu səbəbdən də biz Kosovo ilə matça çıxmaqdan imtina etmişik. Onsuz da, bu gün Bəhreyn üzərində qələbə qazansaq, turnirin birincisi olacağıq”.

Qeyd edək ki, “Antalya cup”ın IV turu çərçivəsində Bəhreynlə qarşılaşan Azərbaycan millisi 4:0 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm