Tofiq Bəhramovun doğum günüdür!
Bizi izləyin

İdman

Tofiq Bəhramovun doğum günüdür!

Bu gün dünya şöhrətli futbol hakimimiz Tofiq Bəhramovun doğum günüdü. Yaşasaydı, 91 yaşını tamamlayacaqdı. Amma artıq aramızda yoxdu. Əbədilik onu sevən insanların ürəyində, xatirələrində yer salıb. Tofiq Bəhramov həm də dünya futbolunun tarixinə öz imzasını vurmuş şəxsiyyətdir.

1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında verdiyi qərar illərdir ki, eyni həvəs və gərginliklə müzakirə olunur. 90 dəqiqəsi 2:2 hesabıyla bitən qarşılaşmanın əlavə vaxtında ingilis Ceffri Herstin zərbəsindən sonra top əvvəlcə qapı tirinə, daha sonra qapı xəttinə dəyərək, meydana sıçrayır. Çaşqın vəziyyətdə qalan baş hakim Qotfrid Dins məhz Bəhramovun qətiyyəti sayəsində topun qapı xəttini keçdiyini bildirir və mərkəzi göstərir.

Bir neçə gün əvvəl İngiltərənin nüfuzlu "Sky Sports" telekanalı müasir texnologiyanın köməyi ilə həmyerlimizi haqlı çıxarıb.

Bakıdakı Respublika stadionu onun adını daşıyır. Onun yeri əbədilik ən yüksək zirvələrdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm