Millimizin üzvü İspaniyanın 2-ci liqasında
Bizi izləyin

İdman

Millimizin üzvü İspaniyanın 2-ci liqasında

Millimizin üzvü Eddi İsafilovun yeni klubu müəyyənləşib.

Publika.az xəbər verir ki, müqavilə ilə "Real Mursiya"ya məxsus olan 23 yaşlı oyunçu karyerasını İspaniya ikinci liqa təmsilçisi "Kordoba"da davam etdirəcək. Sözügedən klubla razılığa gələn E.İsrafilovun bu gün tibbi müayinədən keçəcəyi və rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, E.İsrafilov mövsümün ilk yarısında icarə əsasında La Liqada yarışan "Eybar"da çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm