Azərbaycanlı hakim baş məşqçini toyda əzişdirdi
Bizi izləyin

İdman

Azərbaycanlı hakim baş məşqçini toyda əzişdirdi

Azərbaycanlı hakim baş məşqçini toyda əzişdirdi

"Qaradağ-Lökbatan"ın baş məşqçisi Adil Mahmudov xoşagəlməz hadisə ilə üzləşib. Publika.az sportinfo.az-a istinadən xəbər verir ki, ötən həftə tanışlarından birinin toyunda iştirak edən Mahmudov mərasimi yarımçıq tərk etmək məcburiyyətində qalıb.

Belə ki, toyun gedişində köhnə dostu, hakim Anar Niyazov onu bayıra çağıraraq, söhbətə çəkib. Sözləri çəpləşən tərəflər mübahisə etməyə başlayıblar.

Nəticədə referi yumruqla Mahmudovun gözünün altına vurub. Yaxınlıqdakı adamlar Mahmudovu Niyazovun əlindən çətinliklə alıblar.

Onu da öyrəndik ki, Mahmudov məşqlərə gözündə sarğı ilə gəlir. Xatırladaq ki, bir vaxtlar yaxın dost olan Mahmudovla Niyazovun arası ötən mövsüm MOİK - "Qaradağ Lökbatan" oyunu zamanı dəymişdi.

Baş məşqçi hakimi qərəzli idarəçilikdə günahlandırmış, onun sifarişlə oyun idarə etdiyini söyləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm