"Formula 1"in büdcəsi 150 milyon dollar olmayacaq – RƏSMİ
Bizi izləyin

İdman

"Formula 1"in büdcəsi 150 milyon dollar olmayacaq – RƏSMİ

“Formula 1 yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, yarışlara hazırlıq işlərində Bakı sakinlərinə hər hansı problem yaradılmasın”.

Publika.az xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, 6 km yolun dəyişdirilməsi işləri şəhərdə tıxac yaratmayıb.

Nazir həmçinin əlavə edib ki, Pitstop binası sifariş olunub: "300 metr uzunluğu, 21 metr genişliyi olan 2 mərtəbəli bina hazır vəziyyətdə Bakıya gətiriləcək və Azadlıq meydanında quraşdırılacaq".

Nazir bildirib ki, Formula 1-in büdcəsi 150 milyon dollardan çox-çox aşağıdır: "6 km yolun tikintisinə 12 milyon manat xərclənib. Pitstop binası üçün isə 30 milyon dollar sərf olunacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm