Bu gün Avropa çempionatı başlayır
Bizi izləyin

İdman

Bu gün Avropa çempionatı başlayır

Bu gün Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatı start götürəcək. Yubiley – 10-cu qitə çempionatında 12 ən güclü komanda mübarizə aparacaq.

Publika.az xəbər verir ki, fevralın 13-dək davam edəcək yarış iştirakçıları Belqradda münasibətlərini aydınlaşdıracaq. Mükafatlar uğrunda indiyədək çempionluq sevinci yaşamış hər üç komanda da mübarizə aparacaq. İspaniya 7-ci, İtaliya 3-cü (son çempion), Rusiya 2-ci dəfə qızıl medallara yiyələnmək əzmindədir.

İlk oyun günündə iki görüş keçiriləcək. A qrupunda ev sahibi Serbiya Sloveniya yığmasına qarşı mübarizə aparacaq. B qrupunda isə İspaniya və Macarıstan komandaları üz-üzə gələcək.

Ertəsi gün C qrupunda Rusiya Qazaxıstanla qarşılaşacaq. D qrupunda mübarizə aparacaq Azərbaycan futzalçıları da Avropa çempionatında ilk oyununa fevralın 3-də çıxacaqlar. Rəqib İtaliya yığması olacaq. İkinci görüş isə ayın 5-i Çexiyaya qarşı keçiriləcək. Hər iki qarşılaşma yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.

Qrup mərhələsinə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi 1/4 finala yüksələcək.

Qeyd edək ki, Azərbaycan futzalçılarının ən yaxşı nəticəsi 2010-cu ildə qeydə alınıb. Həmin turnirdə yığma 4-cü yeri tutub.

Avro-2016-nın təqvimi

A qrupu: Serbiya, Portuqaliya, Sloveniya

B qrupu: İspaniya, Ukrayna, Macarıstan

C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan

D qrupu: İtaliya, Çexiya, AZƏRBAYCAN

1-ci tur

2 fevral

21:30 Serbiya - Sloveniya

00:00 İspaniya - Macarıstan

3 fevral

21:30 Rusiya - Qazaxıstan

00:00 İtaliya – Azərbaycan

2-ci tur

4 fevral

21:30 Sloveniya - Portuqaliya

00:00 Macarıstan - Ukrayna

5 fevral

21:30 Qazaxıstan - Xorvatiya

00:00 Azərbaycan - Çexiya

3-cü tur

6 fevral

21:30 Ukrayna - İspaniya

00:00 Portuqaliya - Serbiya

7 fevral

21:30 Xorvatiya - Rusiya

00:00 Çexiya - İtaliya

1/4 final

8 fevral

1) 21:30 A1-B2

2) 00:00 B1-A2

9 fevral

3) 21:30 C1-D2

4) 00:00 D1-C2

Yarımfinal

11 fevral

21:30 1-ci cütün qalibi – 3-cü cütün qalibi

00:00 2-ci cütün qalibi – 4-cü cütün qalibi

3-cü yer uğrunda oyun

13 fevral, 21:30

Final

13 fevral, 00:00

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm