“Xərçəng” olduğu deyilən futbolçunun həkimindən AÇIQLAMA
Bizi izləyin

İdman

“Xərçəng” olduğu deyilən futbolçunun həkimindən AÇIQLAMA

Xərçəng xəstəliyi olduğu deyilən Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevin müayinəsinin nəticəsi məlum olub.

Publika.az-a açıqlama verən komandanın həkimi Sədrəddin Məmmədov Onkoloji Dispanserdə keçirilən müayinənin nəticəsinin müsbət olduğunu deyib. Onun sözlərinə görə, futbolçunun dirsəyində olan şiş xoşxassəlidir:

"Müayinədən sonra məlum oldu ki, şiş xoşxassəlidir. Müalicəsi davam etdirilir. Ancaq nə vaxt meydana qayıdacağı bilinmir. Son turda "Qarabağ"la oyuna özü də gəlmişdi. Dedi ki, özümü yaxşı hiss edirəm. Rüfət ailənin tək övladıdır, bu səbəbdən də ona dəstək lazımdır".

Qeyd edək ki, R.Musayev AZAL-a "Neftçala"dan transfer edilib. Bir neçə gün əvvəl futbolçunun dirsəyində şiş aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm