Boksçularımız Macarıstana iddialı yollandı
Bizi izləyin

İdman

Boksçularımız Macarıstana iddialı yollandı

Fevralın 3-dən 7-nə qədər Macarıstanın Debretsen şəhərində İştvan Boçkainin şərəfinə keçirilən 60-cı memorial turniri keçiriləcək. Yarışda iştirak etmək üçün milli komandamızın üzvləri bu ölkəyə yollanıb.

Publika.az xəbər verir ki, komandamız baş məşqçi Pedro Rokenin rəhbərliyi altında 7 idmançı ilə çıxış edəcək. Belə ki, 49 kq çəki dərəcəsində Rüfət Hüseynov, 56 kq-da Tayfur Əliyev, 60 kq-da Albert Səlimov, 64-də Lorenso Sotomayor, 75 kq-da Kamran Şahsuvarlı, 81 kq-da Teymur Məmmədov və 91 kq-da Abdulqadir Abdullayev mübarizə aparacaq.

1956-cı ildən keçiriləcək Boçkai turnirində dünyanın 29 ölkəsindən 168 boksçu iştirak edəcək. 5 gün davam edəcək bu yarışda 2 dünya çempionu, 7 Avropa birincisi, Avropa Oyunlarının 6 qalibi, eyni zamanda 2015-ci il Pan Amerikan və Asiya Oyunlarının bir qalibi mübarizə aparacaq. Bu dəfəki turnirin çəki dərəcələrində bir nömrələr aşağıdakı idmançılardır:

49 kq: Harvey Horn, İngiltərə

52 kq: Məsud Yusifzadə, Azərbaycan

56 kq: Enkjargal Iderku, Mongolustan

60 kq, Group A: Roland Galos, Macarıstan

60 kq, Group B: Miklos Varga, Macarıstan

64 kq, Group A: Battarsuk Çinzoriq, Mongolustan

64 kq, Group B: Maksat Jeksenbi, Qazaxıstan

69 kq, Group A: Byamba Tuvşinbat, Mongolustan

69 kq, Group B: Mate Rudan, Xorvatiya

75 kq: Xaybulla Musalov, Azərbaycan

81 kq, Group A: Damir Plantiç, Xorvatiya

81 kq, Group B: Coşua Buatsi, İngiltərə

91 kq: Yosip Bepo Filipi, Xorvatiya

+91 kq: Iştvan Bernat, Macarıstan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm