Bütün dünya bu axmaqdan danışır - VİDEO
Bizi izləyin

İdman

Bütün dünya bu axmaqdan danışır - VİDEO

Çexiyalı velosipedçi Adam Tupalikin axmaqlığı bütün dünyada gülüş hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, Tupalik axmaqlığı ucbatından dünya çempionu titulunu qazana bilməyib. Çexiyalı Belçikada keçirilən yarışın bitməsinə hələ bir dövrə qalsa da, ona elə gəlib ki, artıq yürüşü başa vurub. Həmin vaxt o hamıdan öndə olub.

Tupalik qələbəsini qeyd etməyə başlayıb. Azarkeşlər qışqıraraq, ona vəziyyəti izah etməyə çalışıblar. Ancaq velosipedçi onları eşitməyib. Tupalik sonradan durumu anlasa da, artıq gec olub.

Nəticədə o, 2-ci yeri tutub. Tupalik dünya çempionluğunu qazanan Eli İzerbitə cəmisi 0,01 saniyə məğlub olub. Yarışdan sonra mətbuata açıqlama verən velosipedçi özünü axmaq adlandırıb:

“Bu, mənim səhvimdir. Yarışın başa çatmasına bir dövrə qalmış qələbəni bayram etməyə başladım. Heç vaxt ağlıma gəlməzdi ki, belə ola bilər. Bu dəhşətdi. Axı mən dünya çempionu ola bilərdim. Nə az, nə də çox, sadəcə, axmağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm