Yanvarın ən bahalı sövdələşmələri - SİYAHI
Bizi izləyin

İdman

Yanvarın ən bahalı sövdələşmələri - SİYAHI

Qış "transfer pəncərə"sində həyata keçirilən 10 ən bahalı futbolçu transferi müəyyənləşib.

Publika.az xəbər verir ki, transfer bazarında İngiltərə və Çin klubları xüsusi fəallığı ilə seçilib. Siyahıya İngiltərənin "Çelsi" klubundan Çinin "Tszyansu Saynti" komandasına yollanan Ramires başçılıq edir. Braziliyalı yarımmüdafiəçinin keçidi 28 milyon avroya gerçəkləşib. Portuqaliya "Portu"sunu İngiltərə "Stok Siti"sinə 24,5 milyon avroya dəyişən Janelli İmbula ikinci, Çinin “Quançjou Everqrand" klubundan "Şanxay Telleys"ə 18,5 milyon avroya keçən Elkeson üçüncüdür.

Çinin daha bir klubu "Xebey Çjuntszi"nin İtaliya "Roma"sından 18 milyon avroya aldığı Jervinyo dördüncü, Rusiya "Lokomotiv"indən İngiltərə "Everton"una 17,9 milyon avroya üz tutan Umar Niasse beşinci, Braziliya "Flüminense"sindən İtaliya "Roma"sına 16 milyon avroya transfer olan Jerson altıncı pillədə qərarlaşıb.

Son 4 mövqedəki transferlər bunlardır:

Conco Şelvi - 16 milyon avro ("Suonsi", İngiltərə - "Nyukasl", İngiltərə)

Benik Afobe - 13 milyon avro ("Vulverhempton", İngiltərə - "Bornmut", İngiltərə)

Freddi Quarin - 13 milyon avro ("İnter", İtaliya - "Şanxay Şenxua", Çin)

Timm Kloze - 12 milyon avro ("Volfsburq", Almaniya - "Norviç", İngiltərə)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm