Millimiz son Avropa çempionuyla üz-üzə
Bizi izləyin

İdman

Millimiz son Avropa çempionuyla üz-üzə

Serbiyada təşkil olunan futzal üzrə Avropa çempionatının final mərhələsinin ilk turuna bu gün yekun vurulacaq.

Publika.az xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz son çempion İtaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

İki il əvvəl "Skuadra adzurra"ya qrup oyununda 0:7 hesabı ilə uduzan yığmamız həmin yenilginin revanşını almağa çalışacaq.

D qrupunda Azərbaycan və İtaliya ilə yanaşı, Çexiya millisi də mübarizə aparır.

Futzal. Avropa çempionatı, qrup mərhələsi

3 fevral

D qrupu

00:00 İtaliya - Azərbaycan

Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Rusiya)

Serbiya. "Belqrad Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm