İtalyanlarla bacarmadıq, növbədə çexlərdir
Bizi izləyin

İdman

İtalyanlarla bacarmadıq, növbədə çexlərdir

Serbiyada təşkil olunan futzal üzrə Avropa çempionatının final mərhələsinin ilk turuna yekun vurulub.

Publika.az xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz son çempion İtaliya ilə münasibətlərinə aydınlıq gətirib.

İki il əvvəl "Skuadra adzurra"ya qrup oyununda 0:7 hesabı ilə uduzan yığmamız həmin yenilginin revanşını almağa çalışsa da, buna nail ola bilməyib. Belə ki, italyanlar yenə də millimizi böyük hesabla məğlub edib. Bu dəfə 3:0 hesabıyla.

D qrupunda Azərbaycan və İtaliya ilə yanaşı, Çexiya millisi də mübarizə aparır. Millimiz növbəti oyununu sabah çexlərə qarşı keçirəcək.

Futzal. Avropa çempionatı, qrup mərhələsi

3 fevral

D qrupu

00:00 İtaliya - Azərbaycan 3:0

Aleks Merlim, 20; 21. Ciasson, 29.

Serbiya. "Belqrad Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm