Bakı Olimpiya stadionu ilə bağlı yenilik
Bizi izləyin

İdman

Bakı Olimpiya stadionu ilə bağlı yenilik

Bakı Olimpiya stadionunun rəsmi saytı fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, www.bos.az ünvanında yerləşən sayt keçmiş və gələcək tədbirlər, stadion infrastrukturu, biznes və istirahət imkanları haqqında məlumatı özündə əks etdirir.

“Stadion”, “Turlar”, “Xidmətlər”, “Biznes”, “Media” və digər bölmələrdən ibarət olan sayt şəkillər və xəbərlər, xidmətlər, tədbirlər barədə məlumatı paylaşır, onlayn məsləhətçi və xidmətlərin rezervasiyası imkanları verir.

Azərbaycan, rus, ingilis və alman dillərində yaradılmış saytında tikinti tarixi göstərilir, habelə virtual tur fəaliyyət göstərir.

Media nümayəndələrinin rahat işi üçün yaradılmış “Media” bölməsində xəbərlər, press-relizlər və şəkillər yerləşdirir.

İzləyicilər üçün saytın mobil telefon və planşet versiyaları da təklif olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm