SÜRPRİZ: AFFA-nın baş katibi 13 il əvvəl filmə çəkilib - VİDEO
Bizi izləyin

İdman

SÜRPRİZ: AFFA-nın baş katibi 13 il əvvəl filmə çəkilib - VİDEO

AFFA-nın baş katibi Elxan Məmmədovun həm də gözəl aktyorluq məharəti varmış.

Publika.az xəbər verir ki, baş katib 13 il öncə, 24 yaşında "Bəyaz həyat" filminə çəkilibmiş. Xatırladaq ki, hazırda 36 yaşı olan Məmmədov 9 ildir AFFA-nın baş katibidir.

Filmin hazırda Avropada yaşayan rejissoru Rahim Sadıqbəyli açıqlamasında bunları deyib:

"Elxan bəy o vaxt bizim sponsor Nahid Kabakçının sahibi olduğu "Natavan center"in baş meneceri idi. Faktiki olaraq filmin ərsəyə gəlməsində onun çox böyük dəstəyi oldu. Həmin epizod da belə yaranıb. Nahid bəyi çəkərkən Elxandan xahiş elədim ki, ingiliscə bir kəlmə de, epizoda girə bilək. O da sağ olsun, razılıq verdi". (Rekord.az)

Filmin videosunu (Elxan Məmmədov 42-ci dəqiqədən etibarən) təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm